Qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılmışdır
25.06.2019İyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində yaşayan Ənvər Umudovun evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülmüşdür.