Bakı şəhər sakini T.Quliyevin avtomobilinə baxış zamanı tüfəng aşkar edilərək götürülmüşdür
25.06.2019İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.
Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.
T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmış, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.