Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.06.2019İyunun 10-da saat 16 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakinləri B.Boyaxçarinin idarə etdiyi “Nissan” və İ.Zeynalovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ-21074”-ün sərnişini Şahmurad Muradlı hadisə yerində ölmüşdür.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.