Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ə.Hacıyev saxlanılmışdır
10.06.2019Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsindəki evlərin birindən 400 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, həmin ev sahibinin qonşusu, əvvəllər məhkum olunmuş Ə.Hacıyev saxlanılmışdır.