Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini T.Məmmədovda heroin aşkar edilmişdir
10.06.2019Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Ə.Babayevanın evindən isə 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülmüşdür.