Əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini İ.Məmmədovdan marixuana götürülmüşdür
10.06.2019Zaqatala RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Tala kənd sakini İ.Məmmədov saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi S.Həsənovun evindən isə 455 qram marixuana aşkar edilərək götürülmüşdür.