Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun B.Kərimov küçəsində, N.Cavadovun yaşadığı evdən oğurluq edərək, evi qəsdən yandırmaqda şübhəli bilinən İ.Məmmədov və E.Qocayev saxlanılmışlar

26.04.2019

Aprelin 25-də saat 3 radələrində Yevlax rayonunun B.Kərimov küçəsində, N.Cavadovun yaşadığı evdə yanğın baş vermişdir. Nəticədə 60 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanmış, xəsarət alan olmamışdır.

Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla evdən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması və sonradan yandırılması müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Məmmədov və E.Qocayev saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

26.04.2019 tarixinə olan kriminal məlumatlar