Oğurluqda şübhəli bilinən İmişli rayonunun Məzrəli kənd sakinləri A.Əliyev M.Fazilov və T.Fətəlizadə saxlanılmışlar
26.04.2019İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Məmmədova məxsus avtomobildən 4700 manat pul oğurlamaqda şübhəli bilinən Məzrəli kənd sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş M.Fazilov və T.Fətəlizadə saxlanılmışlar.
T.Fətəlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.