Gədəbəy rayonunun Göyəlli kənd sakini A.Tağıyevdən və Ağdaş rayonunun Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan ov tüfəngləri götürülmüşdür
26.04.2019Gədəbəy RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Göyəlli kənd sakini A.Tağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq sənədləri olmayan “Karabin” tüfəngi və 1 ədəd optik nişangah aşkar edilərək götürülmüşdür.
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.