Dələduzluq etməkdə şübhəli bilinən Bərdə şəhər sakinləri B.Əliyeva və A.Abdullayeva saxlanılmışlar
26.04.2019Aprelin 22-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində 2 naməlum şəxs kənd sakini Ş.Nəsirovanı aldadıb 200 manat pulunu almışlar.
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş B.Əliyeva və əvvəllər məhkum olunmuş A.Abdullayeva saxlanılmışlar.
A.Abdullayevanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də Aşağı Yağlıvənd kənd sakini N.Quliyevanı aldadıb ondan da 423 manat pul alması müəyyən edilmişdir.