Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Rufullayev və E.Aslanov saxlanılmışlar
23.04.2019Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki sexlərin birindən içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və 400 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Rufullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Aslanov saxlanılmışdır.