Nobel prospektində idarə etdiyi avtomobillə paytaxt sakini Ş.Ağayevi vuraraq hadisə yerini tərk etməkdə şübhəli bilinən A.Babayev saxlanılmışdır
23.04.2019Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Saat 23 radələrində yolu keçərkən “Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölmüşdür.
Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlamışlar.
Faktla bağlı cinayət işi başlanılmışdır.