Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini K.Alcanov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar
23.04.2019Xətai RPİ 34-cü Polis Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini K.Alcanov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 1 kafedən, 2 mağazadan, 1 aptekdən və 1 avtomobildən pul və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.