Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılmışdır

23.04.2019

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki  mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşları hadisə yerində olmuş, müvafiq araşdırmalar aparmışlar. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılmışdır.

Araşdırma aparılır.