Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev saxlanılmışlar

23.04.2019

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şossesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.