Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel saxlanılmışdır
29.03.2019Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılmışdır.Araşdırma aparılır.