Soyğunçuluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılmışdır
29.03.2019Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.