Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əsədullayev saxlanılmışdır
29.03.2019Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılmışdır. Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılmışdır.