Nardaran qəsəbə sakini N.Əlizamanovun yaşadığı evdən çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülmüşdür
29.03.2019Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanmışdır.