Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zərdab rayonunda bir evdən 9850 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini A.İsmayılzadə saxlanılıb

22.03.2019

Zərdab rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Azad İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun 9850 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Bundan başqa digər Zərdab rayon sakini Əfqan Teymurlunun evindən 2000 manat dəyərində qızıl əşyaları oğurlandığı barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxsin Ə.Teymurlunun Mingəçevir şəhərində yaşayan qardşı Cahangir Teymurlu olduğu müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.