Axtarışda olan Balakən rayon sakini Etibar Bayramov saxlanılaraq istintaqa təhvil verilib
22.03.2019Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 ( Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan Balakən rayonunun Tülü kənd sakini 40 yaşlı Etibar Bayramov saxlanılaraq istintaqa təhvil verilib.