Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayon sakini M.Abduyev saxlanılıb

22.03.2019

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb.  Onun kənddəki yaşadığı evə baxış keçirilən zaman 1 ədəd dibçəkdə hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.