Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonu ərazisində bir neçə evdən və kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

22.03.2019

Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən bir qrup rayon sakini onlara məxsus evdən qızıl-zinət əşyaları və pul oğurlandığını bildirib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zamin İbrahimov saxlanılıb. Dindirilmə zamanı Z. İbrahimov 3000 manata yaxın qızıl əşyaları və pul oğurladığını etiraf edib.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbiləri nəticəsində Ağcabədi rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov, Əlimərdan İsmayılov saxlanılıb. Araşdırmalarla onların 3000 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib. Ə. Hüseynovun ətrafında davam etdirilən tədbirlər zamanı tanışı Elvin Hüseynovla birlikdə rayon ərazisindəki kafelərin birindən 540 manat dəyərində müxtəlif növ spirtli içkilər oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.