Əmisi Namiq Şıxməmmədovu qətlə yetirərək evini yandırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Məzahir Şıxməmmədov saxlanılıb
08.03.2019Martın 7-də Abşeron rayon sakini Namiq Şıxməmmədovun Xırdalan şəhəri Gənclər şəhərciyindəki evində yanğın baş vermişdir. Nəticədə 10 kvm sahədə yanar konstruksiyalar yanmış, yanğın söndürüldükdən sonra N.Şıxməmmədovun yanmış meyiti tapılmışdır.
Əsaslı şübhələr yarandığından faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Aparılan tədbirlərlə N.Şıxməmmədovun evinə qonaq gəlmiş qardaşı oğlu Sumqayıt şəhər sakini Məzahir Şıxməmmədov tərəfindən münaqişə zəminində küt alətlə baş nahiyəsinə vurularaq qətlə yetirilməsi və mənzilinin yandırılması müəyyən edilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şıxməmmədov saxlanılmışdır.