Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində “VAZ-2106” və “İveco” markalı avtomobillər toqquşmuşdur
08.03.2019Martın 8-də saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini R.Kazımovun idarə etdiyi “VAZ-2106” və M.Şahbazoğlunun idarə etdiyi “İveco” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə R.Kazımov və sərnişini, həmkəndlisi Elxan Cəlilov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.