Qax rayonunun Qıpçaq kəndi ərazisində "QAZel" markalı mikroavtobusla “Mercedes-Benz-Atego” markalı yük avtomobili toqquşmuşdur
08.03.2019Martın 8-də saat 22 radələrində Qax rayonunun Qıpçaq kəndi ərazisində Xaçmaz rayon sakini M.Məmmədrəhimovun idarə etdiyi “QAZel” markalı mikroavtobusla Balakən rayon sakini S.Qurbanovun idarə etdiyi “Mercedes-Benz-Atego” markalı yük avtomobili toqquşmuşdur.
Nəticədə M.Məmmədrəhimov hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.