Oğurluqda şübhəli bilinən Yeni Günəşli qəsəbə sakini M.Gülmətov saxlanılmışdır
08.03.2019Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 23-dən martın 7-dək olan müddətdə Yeni Günəşli qəsəbəsi ərazisindəki 4 evin girişindən 3 ədəd internet şəbəkə ötürücüsünü və 1 ədəd internet avadanlığını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Gülmətov saxlanılmışdır.