Oğurluqda şübhəli bilinən Cəlilabad şəhər sakinləri R.Sultanov və S.Mirzəyev saxlanılmışlar
08.03.2019Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 7-də rayon sakini E.Bağırova məxsus transformatoru oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Sultanov və S.Mirzəyev saxlanılmışlar.
R.Sultanovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 4 həyətyanı sahədən 24 ev quşu və elektrik naqili oğurlaması da müəyyən edilmişdir.
S.Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun da 5 həyətyanı sahədən 35 ev quşu və təmir-tikinti alətləri oğurlaması müəyyən edilmişdir.