Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.02.2019Fevralın 21-də saat 23 radələrində Yevlax rayonu ərazisində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini S.Muxtarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurmuşdur. Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.