Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Məmmədov saxlanılmışdır
21.02.2019Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 20-dən fevralın 13-dək olan müddətdə daha 3 evdən pul, inşaat materialları, su mühərriki və kondinsioner oğurlaması da müəyyən edilmişdir.