Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad şəhər sakini Q.Yaqubova məxsus yardımçı təssərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülmüşdür

21.02.2019

Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu saxlanılmış və 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Fevralın 21-də birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılmışdır.

Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülmüşdür.             

Araşdırmalar aparılır.

21.02.2019 tarixinə olan kriminal məlumatlar