Avtomobil qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini F.Əsədov müəyyən edilərək saxlanılmışdır
21.02.2019Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilmişdir.Faktla bağlı araşdırma aparılır.