Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Üzərlərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəxslər saxlanılıblar

28.01.2019

Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilib.

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı sakini, əvvəllər məhkum olunmuş İ.Şərifovdan 485 qram, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Marzılı kənd sakini A.Musayevdən isə 135 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.

Hər üç faktla bağlı araşdırma aparılır.

28.01.2019 tarixinə olan kriminal məlumatlar