290 metr rabitə kabelinin oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və M.Alırzayev müəyyən edilərək saxlanılmışlar
28.01.2019Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 28-də Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.