Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İdarə etdiyi avtomobillə Bakı şəhər sakini S.Şeşbekovanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən E.Mirzəyev saxlanılmışdır

28.01.2019

Yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olmuşdur.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.  Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

28.01.2019 tarixinə olan kriminal məlumatlar