Ceyranbatan qəsəbəsindəki evlərin birindən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən R.Hüseynov saxlanılmışdır
28.01.2019Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən R.Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 2-dən 11-dək olan müddətdə şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən, 1 evdən və 2 sexdən sənədlər, məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.