Binəqədi rayonu ərazisindəki evlərdən birinin həyətindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən A.Aslanov saxlanılıb
22.01.2019Yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Aslanov saxlanılıb.
Araşdırma aparılır.