Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir qrup saxlanılan şəxsdən narkotik vasitələr aşkar edilərək götürülüb

22.01.2019

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Əldə edilmiş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan narkotik vasitə olan heroin götürülüb.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan narkotik vasitə olan heroin və elektron tərəzi, Kürdəmir RPŞ-nin  əməkdaşları tərəfindən saxlanılan Köhünlü kənd sakini Ənvər Mikayılovdan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

22.01.2019 tarixinə olan kriminal məlumatlar