Narkotiklə saxlanılan Balakən rayon sakini M.Umudova narkotik vasitəni satmaqda şübhəli bilinən R.Bayramov da müəyyən edilərək saxlanılıb
22.01.2019Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunmuş Mehman Umudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramazan Bayramov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.