Gün ərzində 109 cinayət faktı qeydə alınmışdır
22.01.2019Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.