Dələduzluq maddəsi ilə axtarışda olan Abbas Hətəmov və Rəfail Əliyev saxlanılıblar
22.01.2019Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Abbas Hətəmov saxlanılıb.
Eyni zamanda, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail Əliyev isə Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.