Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

14.01.2019

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Cəlilabad rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq   orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. 
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

14.01.2019 tarixinə olan kriminal məlumatlar