Şamaxı rayonunun Meysəri kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.01.2019Yanvarın 14-də saat 9 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölmüş, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.