Oğurluqda şübhəli bilinən paytaxt sakini Nicat Rzayev saxlanılmışdır
14.01.2019Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 13-də Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki mağazadan 154 manat dəyərində telefon yaddaş kartını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nicat Rzayev saxlanılmışdır.