Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.01.2019Yanvarın 14-də saat 16 radələrində Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində rayon sakini Nəsimi Məsimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən kənd sakini Məhəmməd Osmanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.