Polis bölməsinə itkin düşməsi ilə bağlı müraciət daxil olmuş Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Abdulla Səid Səlim Nərimanov rayonu ərazisində yerləşən otellərin birində tapılıb
29.12.2018Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Abdulla Səid Səlimin dekabrın 27-də saat 21 radələrində Fəvvarələr meydanında itkin düşməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlanılıb.
9-cu Polis Bölməsi və Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əcnəbi vətəndaş dekabrın 29-da Nərimanov rayonu ərazisində yerləşən otellərin birində tapılıb.