Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.12.2018Dekabrın 29-da saat 7 radələrində Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində Xaçmaz rayon sakini Füzuli Fətəliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Cəlal Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə “Opel”dəki sərnişinlərdən Sürəyya Məmmədova və Vahid Seyidov hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.