Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Vahabov saxlanılmışdır
29.12.2018Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon, 1 nəfərin velosipedini, 1 evdən qızıl üzük, 1 həyətyanı sahədən inşaat materialları, 1 sexdən 100 manat pul və 1 mağazadan 80 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vahabov saxlanılmışdır.