Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.12.2018Dekabrın 29-da saat 15 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində Abşeron rayon sakini Yaqub Ağalarov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini, arvadı Minə Omarxanova xəstəxanaya yerləşdirilmişdir.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.