Soyğunçuluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əfqan Əzizov saxlanılmışdır
25.12.2018Dekabrın 25-də İmişli rayonunun Otuziki kəndindəki bazarda naməlum şəxs Biləsuvar rayon sakini olan bir nəfərin əlindəki 945 manatı soyğunçuluq yolu ilə almışdır.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əfqan Əzizov saxlanılmışdır.